Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində görüşlər keçirir

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə (ŞKTC) iki günlük işgüzar səfər edən Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir sıra görüşlər keçirir.

1575454
Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində görüşlər keçirir

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə (ŞKTC) iki günlük işgüzar səfər edən Xarici İşlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Məclisinin sədri Önder Sennaroğlu və Baş nazir Ersan Saner tərəfindən ayrı-ayrılıqda qəbul edilib.

Nazir Çavuşoğlu əvvəlcə Cümhuriyyət Məclisində Məclis sədri Sennaroğlu ilə görüş keçirib.

Çavuşoğlu kıbrıs mövzusunda BMT-nin Türkiyənin təklifilə 5+1 rəsmi olmayan görüşünü xatırladaraq danışıqları sürətləndirdiyini, "Kıbrıs Türk xalqının maraqları barədə bu müzakirə prosesində hansı mövqeyi ortaya qoyacağımızı və addımları ata biləcəyimizi burada başda ŞKTC prezidenti Ersin Tatar olmaqla  Xarici İşlər naziri Tahsin Ertuğruloğlu və danışıqlar qrupundakı digər dostlarla birlikdə qiymətləndirəcəyik" deyib.

Sennaroğlu da öz növbəsində deyib ki, Türkiyəmizin təsirli və fəal zəmanəti, bizi ehtimal olunan həll prosesində xoşbəxt edəcəkdir və bu, bizim olmazsa olmazımız və qırmızı xəttimizdir.

Çavuşoğlu Baş nazir Sanerlə görüşündə isə, yeni növ koronavirus ilə mübarizədəki uğurları üçün təbrik edərək, " Qarşıdakı prosesdə burada vaksin vurulması lazım gələn hər kəsin peyvəndlənməsi üçün kifayət qədər vaksini Türkiyəyə gəldikcə göndərəcəyik. Kıbrıs Türklərini bu mənada tək qoymayacağıq" deyib.

Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu ilə də görüş keçirib.



Әlaqәli Xәbәrlәr