Qazaxıstanda latın əlifbasının yeni variantı təqdim olunub

Hazırlanan əlifba latın əlifbasının əsas sisteminin 31 simvolundan ibarətdir. Bu da qazax dilinin 28 səsini əhatə edir.

1573265
Qazaxıstanda latın əlifbasının yeni variantı təqdim olunub

Qazaxıstanda latın əlifbasının yeni variantı hökumətə təqdim edilib.

Hazırlanan əlifba latın əlifbasının əsas sisteminin 31 simvolundan ibarətdir. Bu da qazax dilinin 28 səsini əhatə edir.

Təqdim olunan əlifba qazax dilinin yazılı təcrübəsində təsbit edilmiş “bir səs - bir hərf” prinsipinə uyğundur.

Yeni əlifbaya mərhələli keçid 2023-cü ildən 2031-ci ilə qədər planlaşdırılır. Latın qrafikası əsasında qazax dilinin təkmilləşdirilmiş əlifbası məsələləri ilə bağlı Milli Komissiyaya əhali arasında geniş maarifləndirmə işi aparmaq tapşırılıb.

Baş nazir Askar Mamin əlifbanın təkmilləşdirilmiş variantının Qazax dilinin yayğınlaşmasına yeni istiqamət qazandıracağını və müasirləşməsinə töhfə verəcəyini söyləyib.

Xatırladaq ki, 2017-ci ilin oktyabrında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev “Qazax dilinin əlifbasının kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında” Fərman imzalayıb.



Әlaqәli Xәbәrlәr