Berna Çelik Doğruyol: "Peyvəndlərin tədarükündə bürokratik maneə yaradılır"

Berna Çelik Doğruyol Cənubi Kıbrıs Rum İdarəsini Avropa İttifaqı (Aİ) tərəfindən Kıbrıs Türklərinə göndəriləcək yeni növ koronavirus peyvəndlərinin tədarükündə bürokratik maneə yaratmaqda günahlandırıb.

1563967
Berna Çelik Doğruyol: "Peyvəndlərin tədarükündə bürokratik maneə yaradılır"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezident Aparatının sözçüsü Berna Çelik Doğruyol Cənubi Kıbrıs Rum İdarəsini Avropa İttifaqı (Aİ) tərəfindən Kıbrıs Türklərinə göndəriləcək yeni növ koronavirus (Covid-19) peyvəndlərinin tədarükündə bürokratik maneə yaratmaqda günahlandırıb.

Sözçü Doğruyol bununla bağlı bəyanatında bildirib ki, Prezident Ersin Tatar bütün dünyada təsirli olan "Covid-19" epidemiyasına qarşı səylər çərçivəsində xalqın sağlamlığını qorumaq üçün lazımlı tədbirlər arasında olan peyvəndlərin tədarükü üçün hökumət ilə əməkdaşlıq edir və prosesləri yaxından izləyir. Aİ üzərindən göndəriləcək vaksinlərdən Kıbrıslı Türklərə ayrılan hissənin Prezidentlik tərkibində qurulmuş və BMT-nin nəzarətindəki İki İcmalı Səhiyyə Komitəsi və ŞKTC Səhiyyə Nazirliyi Vasitəsilə ölkəyə çatdırılması planlaşdırılır. İndiki mərhələdə peyvənd tədarükündəki çətinliklərin mənbəyi Cənubi Kıbrıs Rum İdarəsinin peyvənd tədarükünün qarşısını alan bürokratik çətinliklər yaratmağa davam etməsidir. Aİ tərəfindən göndərilən peyvəndlərin Kıbrıs Türk tərəfinə çatdırılması üçün vacib addımlar atılmışdır.



Әlaqәli Xәbәrlәr