Ersin Tatar 5+1 formatındakı konfrans barədə bəyanat verib

Ersin Tatar BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Elizabet Speharı qəbulundan sonra mətbuata bəyanat verib.

1563475
Ersin Tatar 5+1 formatındakı konfrans barədə bəyanat verib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar BMT rəhbərliyi altında yaxın zamanda keçirilməsi planlaşdırılan Kıbrıs mövzulu 5+1 formatındakı konfransdan sonra rəsmi danışıqlar prosesi başlayacağı təqdirdə bunun yalnız suveren bərabərliyə əsaslanan bir həll yolu ola biləcəyini ifadə edib. 

Ersin Tatar BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Elizabet Speharı qəbulundan sonra mətbuata açıqlamasında deyib: 
"Görüşdə BMT-nin Sülh Gücü hesabatı və xoşməramlı missiyası çərçivəsində təqdim etdiyi hesabatın detalları müzakirə olundu və 5+1 konfransı ilə bağlı gözləntiləri və mövqeləri çatdırma imkanı əldə etdik. İndi hazırlıq dövründəyik. Yeni növ koronavirus (Covid-19) epidemiyasının gedişatına görə 5+1 konfransının fevral ayının sonu və ya mart ayının əvvəlində təşkil edilməsi üçün səmərəli fəaliyyətlər davam edir". 

Tatar son 50 ildə Kıbrıs danışıqları çərçivəsində heç bir nəticənin əldə olunmadığına diqqət çəkib və bunun arxasında federal bir anlayışın olduğunu bildirib: "5+1 konfransından sonra rəsmi danışıqlar prosesi başlayacağı təqdirdə, bu, yanaşı yaşayan iki dövlətin əməkdaşlığında və beynəlxalq status konteksində iki bərabər dövlət üçün baş tuta bilər. BMT  Rum tərəfi və zamin ölkələrin bu mövzuda işləyirlər. Bu görüşdə Kıbrıs Türk tərəfi olaraq iştirak edəcəyimizi təsdiqlədik. Biz mesajlarımızı açıq və dəqiq veririk. Türkiyə Cümhuriyyəti eyni şəkildə bizim yaydığımız mesajlrı  dəqiq verir. Türk tərəfi 5+1 konfransına ən yaxşı şəkildə hazırlanaraq Kıbrıs Türk xalqının gözləntilərini, ümidlərini və gələcək perspektivlərini ən yaxşı şəkildə izah edir".

Avropa İttifaqının (Aİ) bu işin bir hissəsi olmadığını vurğulayan Tatar bunu da əlavə edib ki, 5+1 konfransındakı ünvanımız BMT-dir. BMT bu görüşlərdə sülhməramlı missiyalar çərçivəsində iştirak edir. Texniki məlumat tələb olunarsa, bu məlumat Aİ-dən istənilə bilər, lakin Aİ bu görüşlərin tərəfi deyil, olmamalıdır.

Tatar, Aİ ilə peyvənd məsələsini də müzakirə etdiklərini və bu mövzuda BMT-dən lazımi yardımı istədiklərini və tərəfmüqabillərinin Kıbrıs Rum İdarəsi deyil, Aİ olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr