Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkilәri keçirilir

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə bağlı referendum keçirilir.

1560671
Bu gün Qırğızıstanda  növbədənkənar prezident seçkilәri keçirilir

 

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə bağlı referendum keçirilir.

Mәlumata görә, seçkilәrdә 3 milyon 563 min 574 seçici iştirak edir.

Qeyd edәk ki, prezidentlik uğrunda aralarında  keçmiş Baş nazir Sadır Caparov, parlamentin keçmiş sәdri Adahan Madumarov, Dövlәt Komitәsinin keçmiş sәdri Abdil Segizbayev vә Konstitusiya Mәhkәmәsinin keçmiş üzvü Klara Sooronkulovanın da olduğu 17 namizәd mübarizә aparır.

Xatırladaq ki, ölkәdә oktyabrın 4-dә keçirilәn parlament seçkilәrinin nәticәlәrini lәğv edәn müxalifәt partiyaların tәrәfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı Prezident Aparatı vә parlement binası işğal edlmişdi. 5-15 oktyabr tarixlәrindә keçirilәn etiraz aksiyaları nәticәsindә parlament seçki nәticәlәrini lәğv etmişdi vә ölkәni 3 il әrzindә  idarә edәn prezident Soronboy Ceenbekov istefa vermişdi.



Әlaqәli Xәbәrlәr