Özbəkistan Türkiyə ilə strateji tərəfdaşlığın gücləndirilməsi üçün qərar qəbul edib

Özbəkistan Türkiyə ilə strateji tərəfdaşlığın gücləndirilməsi  və bütün sahələr üzrə dərinləşdirilməsi qərarına gəlib.

1475885

Özbəkistan Nazirlər Şurasının verdiyi açıqlamaya görə, "Türkiyə ilə strateji tərəfdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün atılacaq addımlar" mövzusunda qərar qəbul edilib.
Qərara görə, Özbəkistan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyət baxımından yeni bir səviyyəyə qaldıracaq tədbirlər proqramı təsdiqlənib və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı genişləndirmək üçün bir koordinasiya komitəsi yaradılıb. Nazirlər Şurası tədbirlər proqramının icrasını təhlil edəcək və tədbirlərin və layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Türkiyə isə ilin sonuna qədər Səmərqənddə konsulluq açacaq.

Әlaqәli Xәbәrlәr