Prezident İlham Əliyev nazir Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda səfərdə olan Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Prezident İlham Əliyevin qəbulunda olub.

1472383
Prezident İlham Əliyev nazir Hulusi Akarın  başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də qardaş ölkədə səfərdə olan Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüzü, Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.



Әlaqәli Xәbәrlәr