Türkiyə BMT TŞ-nın qərarına reaksiya verdi

Türkiyə BMT Sülh Missiyasının vəzifə müddətinin uzadılması üçün Kıbrıs Türk tərəfinin razılığının yenə alınmamasının BMT qaydaları və prinsiplərinə zidd olduğunu bildirdi.

1463576
Türkiyə BMT TŞ-nın qərarına reaksiya verdi

Türkiyə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində yerləşdirilmiş BMT Sülh Missiyasının vəzifə müddətinin uzadılması üçün Kıbrıs Türk tərəfinin razılığının yenə alınmamasının BMT qaydaları və prinsiplərinə zidd olduğunu bildirdi.
Xarici İşlər Nazirliyi Şimali Kıbrıs Türk Cümhuriyyətində vəzifəli BMT Sülh Missiyasının vəzifə müddətinin 6 ay da uzadılmasına dair qərara münasibət bildirib:
"BMT Sülh Missiyasının Adadakı mövcudluğuna dair Kıbrıs Türk tərəfinin razılığını yenə almaması BMT qaydalarına və prinsiplərinə ziddir. Əslində Sülh Missiyasının Adadakı mövcudluğu ilə əlaqədar Kıbrıs Türk hakimiyyəti ilə qanuni bir tənzimləmə qəbul etməlidir. Bu qərardan sonra Şimali Kıbrıs Türk Cümhuriyyəti Baş Nazirlik Müavinliyi və XİN-nin verdiyi açıqlamanın dəstəklendiyi bildirildi". 
Qeyd edək ki, Şimali Kıbrıs Türk Cümhuriyyəti mövzuyla bağlı açıqlamasında "BMT Təhlükəsizlik Şurası həmin qərarında da əvvəlki illərdə olduğu kimi, Ada və ümumilikdə bölgə üçün dəqiq və müsbət nəticələr doğuracaq, qətiyyətli addımlar atmağa siyasi səbəblərə görə əl atmadı , beləliklə gəlinən bu nöqtədə mövcud gərginlik və çıxılmaz yolların bir parçası oldu" ifadəsini işlədib. 
Açıqlamada, o da vurğulanıb ki, BMT TŞ-nın bu mövqeyi Kıbrıs Türk tərəfilə əməkdaşlıqdan imtina edən Rum tərəfinin niyyətini ört-basdır etməsinə zəmin hazırlamışdır.



Әlaqәli Xәbәrlәr