Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə təşəkkür edib

İyulun 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin qardaş ölkədəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

1460832
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə təşəkkür edib

İyulun 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin qardaş ölkədəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Ceyhun Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Nazir Ceyhun Bayramov qəbulda iyulun 12-dən etibarən gərgin bir dövrün yaşanıldığını qeyd edərək, növbəti dəfə erməni təxribatının şahidi olduğumuzu və hadisələri təhlil edərkən bu hücum cəhdinin əvvəlcədən düşünülmüş bir təxribat olduğunun aydın şəkildə göründüyünü qeyd edib. Çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəkləndiyini qeyd edən Ceyhun Bayramov  ölkəmizin dövlət başçısı, Xarici İşlər naziri və Müdafiə naziri tərəfindən verilən bəyanatların Azərbaycanın ağır məqamlarda göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.

Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Ermənistanın son hərbi təxribatı ilə bağlı məlumatlandırma işlərinin davamlı şəkildə aparıldığı səfirin diqqətinə çatdırılıb.

Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar ölkənin diplomatik nümayəndəliklərinə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal erməni daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərə qarşı yeni təxribatların olacağını istisna etməyib.

Səfir Erkan Özoral isə iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat və bunun nəticəsində Azərbaycan ordusunun həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı bildirib və Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu vurğulayıb. Azərbaycanın haqlı mövqeyini müdafiə etmək və bu mübarizədə Azərbaycanın yanında olmaq üçün Türkiyədən çoxsaylı müraciətlərin daxil olduğunu bildirən səfir bunun iki dövlət bir millət olduğumuzun növbəti göstəricisi olduğunu ifadə edib.

Səfir Erkan Özoral həmçinin cari il iyulun 28-də videokonfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr