Azǝrbaycan Milli Müdafiǝ Nazirliyi bǝyanat yayıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

1454000
Azǝrbaycan Milli Müdafiǝ Nazirliyi bǝyanat yayıb

 

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Döyüşdǝ Azǝrbaycan Ordusunun hǝrbi qulluqçusu baş leytenant şǝhid olub.

Bu barǝdǝ Azǝrbaycan Müdafiǝ Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.

Mǝlumatda qeyd olunub ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azǝrbaycan bölmələrinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Mǝlumatda hǝmçinin vurğulanıb ki, düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Vǝziyyǝtin Azǝrbaycan ordusunun nǝzarǝti altında olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr