Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 336 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib.

1434861
Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 336 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyə qədər Azərbaycanda 9218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5113 nəfər müalicə olunaraq sağalıb, 3992 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 min 254 test aparılıb.

Ölkədə karantin müddəti 1 iyul tarixinədək uzadıldıqda, 14-15 iyun tarixlərində yenə ölkə miqyasında evdən çıxma qadağası tətbiq ediləcək.



Әlaqәli Xәbәrlәr