Ərdəbil - Muğanşəhr dəmir yolu xəttinin çəkilişi Azərbaycanla danışılıb

Azərbaycan ilə İran birgə logistika mərkəzi yaradacaqlar

1431150
Ərdəbil - Muğanşəhr dəmir yolu xəttinin çəkilişi Azərbaycanla danışılıb

 

  Azərbaycan respublikası ilə İranın Ərdəbil vilayətinin (Cənubi Azərbaycan) mərkəzində müştərək sənaye şəhərciyi ilə yanaşı logistika mərkəzi də yaradacaq.

  Sözügedən mövzu ilə bağlı Ərdəbil vilayəti İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan deyib: “Ərdəbil-Parsabad (Muğanşəhr) dəmir yolu xəttinin çəkilişi Azərbaycan tərəfi ilə müzakirə edilib. Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar də bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək”.

  Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan baş nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsəndlə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub.

 

P.S: Foto "alaedin.travel" saytına məxsusdur.



Әlaqәli Xәbәrlәr