Qıbrız Tuzla məscidinə Bizans bayrağı asılmasını qınadı

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mustafa Akıncı verdiyi yazılı şərhdə ölkənin Dini İşlər İdarəsinin rəhbəri Talib Atalaydan mövzuyla bağlı məlumat aldığını və Larnakadakı məscidə Bizans bayrağı asıldığını bildirərək deyib...

1431167
Qıbrız Tuzla məscidinə Bizans bayrağı asılmasını qınadı

 

  Qıbrız Cənubi Kiprin Larnaka şəhərindəki Tuzla məscidinə naməlum adamlar tərəfindən Bizans bayrağının asılmasını qınayıb.

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mustafa Akıncı verdiyi yazılı şərhdə ölkənin Dini İşlər İdarəsinin rəhbəri Talib Atalaydan mövzuyla bağlı məlumat aldığını və Larnakadakı məscidə Bizans bayrağı asıldığını bildirərək deyib: "Aydındır ki, bu təxribatdan mədət umanlar var. Leymosundakı (Limasol) məscidi mühasirə cəhdindən sonra bu hərəkət də kiçik sayılmır və Rum rəhbərliyi (Cənubi Kipr) olanlara nəzarət etməlidir."

  Qıbrızın baş naziri Ersin Tatar da mövzu ilə bağlı şərh verib. “Facebook”dan paylaşdığı mətndə E.Tatar Cənubi Kiprdə son bir həftədə ikinci dəfə məscidlərə yönəlik təhqirlərin adi qarşılana bilməyəcəyini vurğulayaraq bunları qeyd edib: "Limasolda olan Köprülü məscidinin həyətinə “molotof kokteyli” atılması, divarlarına İslam və immiqrant əleyhinə sözlər yazılmasından sonra bu dəfə də Larnakada olan Tuzla məscidinin divarına Bizans bayrağı asılmasını kəskin şəkildə qınayır, Rum rəhbərliyini dərhal İslam əleyhdarlığını dayandıracaq münasibət ortaya qoymağa çağırıram. Bu işi görənlər tezliklə tutulmalı və lazımi tədbirlər görülməlidir.”



Әlaqәli Xәbәrlәr