Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 101 nəfər sağalıb.

1426706
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 248 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 5 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 428 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298 648 test aparılıb.



Әlaqәli Xәbәrlәr