İlham Әliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1425078
İlham Әliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Azerbaycan Kuruluş.2.jpg

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib vә abidәnin önünә gül dәstәsi qoyub.

Respublika Günü münasibәtilә bir çox ölkәnin lideri Azәrbaycan prezidentini tәbrik edib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da İlham Әliyevә tәbrik mәktubu ünvanlayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatı, İslam Әmәkdaşlıq Tәşkilatı, Türk Şurası, TÜRKSOY,TÜRKPA, Beynәlxalq Türk Mәdәniyyәti vә İrsi Vәqfi, Qaradәniz İqtisadi Әmәkdaşlıq Tәşkilatı kimi beynәlxalq quruluşların rәhbәrlәri dә Azәrbaycan prezidentini Respublika Günü münasibәtilә tәbrik ediblәr.

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqin ilk müsəlman-türk dövləti Azərbaycan Demokratik Respublikası quruldu.

Qeyd edək ki, Türkiyәnin İstanbul şәhәrinin rәmzlәri Azәrbaycan Cümhuriyyәtinin 102-ci ili münasibәtilә bu ölkәnin dövlәt bayrağının rәnglәri ilә işıqlandırılıb.

“15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet”, “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə bu ölkәnin bayrağının rәnglәrinә bürünüb.

Qeyd edәk ki, Azәrbaycan bayrağındakı mavi rәnk türkçülüyü, qırmızı rәng müasir cәmiyyәt, demokratiyanı, yaşıl rәng isә İslamçılığı tәrәnnüm edir.



Әlaqәli Xәbәrlәr