Türkiyə və Azərbaycanın alimləri koronavirusla bağlı videokonfrans keçirib

Türkiyə və Azərbaycanın elm adamları yeni növ koronavirusun iqtisadi və sosial təsirini müzakirə ediblər.

1416948
Türkiyə və Azərbaycanın alimləri koronavirusla bağlı videokonfrans keçirib

Türkiyə və Azərbaycanın elm adamları yeni növ koronavirusun (COVID-19) iqtisadi və sosial təsirini müzakirə ediblər.

Azərbaycan Texniki Universiteti (ATU) və Azərbaycan İqtisadiyyat Nazirliyi İqtisadi İslahat Tədqiqat Mərkəzinin təşkil etdiyi toplantıda hər iki ölkənin bir çox universitet rektorları, iqtisadçı ekspertləri, alim və siyasətçiləri iştirak ediblər.  
ATU-nun rektoru Vilayət Vəliyevin rəhbərliyi ilə keçirilən videokonfransda yeni növ koronavirusun iqtisadi və sosial təsiri müzakirə edilib.
Veliyev, həm Azərbaycan, həm də Türkiyənin "Covid-19" virusu ilə müvəffəqiyyətli bir şəkildə mübarizə etdiyini söyləyib.
Vəliyev bildirib ki, gələcəkdə dünyada fərqli viruslar və oxşar təhlükələrin yaranacağı istisna olunmadığı üçün, bu istiqamətdə ixtisaslı kadr hazırlamaq məqsədilə Türkiyə və Azərbaycan universitetlərinin əməkdaşlığını daha da artırmaq lazımdır .
Ədalət və İnkişaf Partiyasının Kocaeli vilayətinin millət vəkili Cəmil Yaman deyib ki, yeni növ koronavirusla mübarizədən ibrət alınacaq dərslər var və tək iki ölkənin deyil, dünya əhalisinin bu mübarizədə ortaq fəallığı vacibdir.
Pandemiya ilə mübarizdə Türkiyənin uğurlu nəticələr əldə etdiyini bildirən Yaman hakim partiyanın səhiyyə sahəsinə çox sərmayə yatırdığını və bunun müsbət nəticələrinin göründüyünü qeyd edib.
Yaman şəhər xəstəxanalarının pandemiya ilə mübarizədə nailiyyətini ortaya qoyduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr