Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb

Azərbaycanda koronavirusdan sağalanların sayı 1365 olub.

1409020
Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb

Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bir nəfər dünyasını dəyişib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, hazırkı dövrədək Azərbaycanda 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 146 mini keçib.



Әlaqәli Xәbәrlәr