Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 74 xəstə sağalıb

Azərbaycanda son 24 saatda daha 44 nəfərdə koronavirus aşkarlanıb, 74 nəfər sağalıb.

1402758
Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 74 xəstə sağalıb

Azərbaycanda gün ərzində daha 44 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər vəfat edib, 74 nəfər isə sağalıb.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda son 24 saat ərzində 44 yeni koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Xəstələrdən biri isə dünyasını dəyişib. 

 Azərbaycanda indiyədək 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 103 minə çatıb.



Әlaqәli Xәbәrlәr