Heydər Əliyev Mərkəzindən Türkiyəyə dəstək

Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək oldu.

1396166
Heydər Əliyev Mərkəzindən Türkiyəyə dəstək
Azerbaycan_Türkiye
Azerbaycan_Türkiye

Koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.
Bununla Heydər Əliyev Mərkəzi "Covid-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.



Әlaqәli Xәbәrlәr