2020-ci ilin Novruzu Azərbaycanda nə vaxt təhvil olur?

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını açıqlayıb.

1378025
2020-ci ilin Novruzu Azərbaycanda nə vaxt təhvil olur?

 

  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını açıqlayıb.

Yaz fəsli

  Yaz ölkəmizə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.

Yay fəsli

  Yay iyunun 21-i saat 01:43:42-də ölkəmizə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir, yəni Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda Günəş şüaları yer səthinə, xüsusilə də Şimal yarımkürəsinə yaxşı düşə bilir.

Payız fəsli

  Payızın gəlişi sentyabrın 22-si saat 17:30:36-da qeydə alınacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.

Qış fəsli

  Qış isə ölkəmizə dekabrın 21-i saat 14:02:18-də qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

  2020-ci ildə Yer Günəşə ən yaxın məsafədə yanvarın 5-i saat 11:48-də, ən uzaq məsafədə isə 4 iyulun 4-ü saat 15:36-dadır. 



Әlaqәli Xәbәrlәr