Özbəkistanda ilk elektrobus xəttə buraxıldı

Özbəkistan gələcəkdə elektrobusun sayını artırmaq niyyətindədir.

1374080
Özbəkistanda ilk elektrobus xəttə buraxıldı

 

  Daşkənddə Çin istehsalı olan ekoloji cəhətdən təmiz “Yutong” markalı ilk elektriklə işləyən avtobus xəttə buraxılıb.

  Azertac informasiya agentliyi xəbər verir ki, 12 metrlik elektrobus bir dəfə enerji ehtiyatı yığdıqdan sonra təxminən 350 kilometr gedir. Avtobusda 32 oturacaq yeri var və sərnişin tutumu 90 nəfərdir.

  Elektrobusun qiyməti 380 - 400 min dollar arasında dəyişir.

  Özbəkistan gələcəkdə elektrobusun sayını artırmaq niyyətindədir.



Әlaqәli Xәbәrlәr