Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

1370281
Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Çavuşoğlu ATƏT Minsk qrubunun həmsədrləri Igor Popov, Stephane Visconti, Andrew Shofer ve ATƏT Minsk prosesinin xüsusi nümayəndəsi Andrzej Kasprzykı paytaxt Ankarada qəbul edib.

Çavuşoğlu görüşlə bağlı şəxsi “Twitter” səhifəsində yazıb.

Çavuşoğlu qeyd edib ki, ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir:

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.



Әlaqәli Xәbәrlәr