Azərbaycan ilə Türkiyə nümayəndələri avtomobil əlaqələrilə bağlı bir araya gəldi

Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

1320264
Azərbaycan ilə Türkiyə nümayəndələri avtomobil əlaqələrilə bağlı bir araya gəldi

 

  Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda, ölkələr arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

  Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Mahmut Gürses rəhbərlik edib.

 İclasda Azərbaycanla Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib. Bundan başqa, Bakı-İstanbul-Bakı sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, 25 ildən artıq müddət ərzində "mühasirə" şəraitində yaşayan və fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, 2020-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq protokol imzalanıb.



Әlaqәli Xәbәrlәr