Qazaxıstan “17-ci Beynəlxalq Təhsil və Elm Sərgisi”-nə ev sahibliyi edir

Qazaxıstanın paytaxtı Nur Sultanda 17-ci Beynəlxalq Təhsil və Elm Sərgisi qapılarını ziyarətçilərə açdı.

1309413
Qazaxıstan “17-ci Beynəlxalq Təhsil və Elm Sərgisi”-nə ev sahibliyi edir

Atakənt Expo şirkəti tərəfindən Körme Sərgi Mərkəzində təşkil edilən Sərginin açılış mərasimində sektor nümayəndələri, diplomatlar və çox sayda dəvətli iştirak etdi. Qazaxıstan, Rusiya, Bolqarıstan, Kanada, Litva, Polşa və İsveçrədən olan universitet tələbələrinin stendlər açdıqları sərgini ziyarət edən Hoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin rektör əvəzi Yedil Tölegenov Anadolu Agentliyinə (AA) açıqlamasında tədbirlə universitetlərinin imkanlarını təqdim etmək istədiklərini ifadə edərək : “Əhmet Yəsəvi Universitetinin əyalətin paytaxtı Türkistanda yerləşməsi, bu elm ocağına marağın daha da artmasına töhfəv verir. Elə ki son 2 ildə tələbələrin sayı iki dəfə artaraq 10 minə çatdı. Bunun 15 faizini xarici tələbələr təşkil edir. Qazaxıstanda beynəlxalq statuslu yeganə təhsil müəssisəsi olan universitetimizdə 17 ölkəndən 41 millətdən ibarət tələbə təhsil alır. Qazax, türk, ingilis və rus dillərində təhsil imkanının olduğu universitetdəki xarici tələbələrin ölkələrinə gediş xərcləri universitet tərəfindən ödənir. Türkiyədən 500 tələbəyə təqaüd verilir. iqtisadi vəziyyəti yaxşı olmayan tələbələr üçün yataqxana təmin edilir Onlara bir çox sahədə yardım çatdırılır”-deyə Tölegenov vurğulayıb.

Sərgi cümə gününə qədər ziyarətə acıq olacaq.



Әlaqәli Xәbәrlәr