Qәnirә Paşayeva: ‘‘Türkiyә ABŞ-ın bölgәdәki böyük oyununu pozdu’’

Azәrbaycan millәt vәkili Qәnirә Paşayeva Türkiyәnin terrora qarşı apardığı mübarizәni dәstәklәyib.

1298865
Qәnirә Paşayeva: ‘‘Türkiyә ABŞ-ın bölgәdәki böyük oyununu pozdu’’

 

Azәrbaycan millәt vәkili Qәnirә Paşayeva Türkiyәnin terrora qarşı apardığı mübarizәni dәstәklәyib.

Bu barәdә Qәnirә Paşayeva Şimali Makedoniyanın paytaxtı Skopyedә tәşkil edilәn bir tәdbirdә bildirib.

Tәdbirdә çıxış edәn Qәnirә Paşayeva  Suriyanın şimalında separatçı terror tәşkilatı YPQ/PKK-ya qarşı aparılan ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına  toxunub. Qәnirә Paşayeva bildirib ki, Türkiyә Amerika Birlәşmi Ştatlarının bölgәdәki böyük oyununu pozdu.

ABŞ Nümayəndələr Palatasının  Türkiyә vә qondarma erməni soyqırımı ilə bağlı qərarına da toxunan Qәnirә Paşayeva deyib: ‘‘ABŞ  aldığı 2 qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək qardaş ölkəni geri çəkilməyə məcbur etmək istəyir. Türkiyə dövləti isə artıq rəsmi bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər’’.  



Әlaqәli Xәbәrlәr