Özbəkistan da Türk Keneşinə qoşulur

Senatın sədri Tanzila Narbayevanın sədrliyi ilə keçirilən baş assambleyada sözügedən mövzuya dair qərar qəbul edilib.

1269544
Özbəkistan da Türk Keneşinə qoşulur

  Özbəkistan senatı ölkədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının - Türk Keneşinin yaradılmasına dair müqaviləyə razılıq verdi.

  Özbəkistan parlamentinin üst qanadı olan senat baş məclisinin fövqəladə sessiyasında 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan muxtar respublikasında imzalanan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında müqavilənin təsdiqlənməsinə dair qanun müzakirə olunub. Senatın sədri Tanzila Narbayevanın başçılığı ilə keçirilən baş assambleyada sözügedən mövzuya dair qərar qəbul edilib.  

  Özbəkistan Xarici İşlər Nazirliyi bildirib ki, müqavilə senat tərəfindən təsdiq edildikdən 30 gün ərzində Özbəkistan Türk Keneşinə üzv olacaq.



Әlaqәli Xәbәrlәr