Qırğızıstanın müstəqilliyinin 28 yaşını qeyd etdi

Paytaxt Bişkekin mərkəzindəki Ala-Too meydanında Qırğızıstanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi bayram tədbiri keçirilib.

1261617
Qırğızıstanın müstəqilliyinin 28 yaşını qeyd etdi

  Avqustun 31-də paytaxt Bişkekin mərkəzindəki Ala-Too meydanında Qırğızıstanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi bayram tədbiri keçirilib.

  Tədbirdə Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, baş nazir Muhammedkalı Abılqaziyev, Coqorku Keneşin (parlament) sədri Dastan Cumabekov, esk-prezident Roza Otunbayeva, Prezident Aparatının nümayəndələri, hökumətin və parlamentin üzvləri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Mərasimə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov da qatılıb.

  Prezident Sooronbay Ceenbekov Qırğızıstanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə ölkə vətəndaşlarını təbrik edib, bu illərdə qazanılan uğurlardan danışıb. Dövlət başçısı deyib: "İstiqlaliyyətin qazanılması heç də asan olmayıb. İndi bizim əsas vəzifəmiz müstəqilliyimizi qoruyub saxlamaq və inkişaf etdirməkdir." Prezident bu illərdə görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.

  Bayram tədbiri konsert proqramı ilə başa çatıb.



Әlaqәli Xәbәrlәr