"Ata-babalarımızın hörmətinə əsla müstəqillik yolundan geri dönməyəcəyik", Ş.Mirziyoyev

Sentyabrın 1-də paytaxt Daşkənddə Özbəkistanın müstəqilliyinin 28 yaşı qeyd olundu.

1261702
"Ata-babalarımızın hörmətinə əsla müstəqillik yolundan geri dönməyəcəyik", Ş.Mirziyoyev

  Özbəkistan prezidenti Şavkat Mirziyoyev ata-babalarının hörmətinə əsla müstəqillik yolundan geri dönməyəcəklərini vurğuladı.

  Sentyabrın 1-də paytaxt Daşkənddə Özbəkistanın müstəqilliyinin 28 yaşı qeyd olundu.

  Tədbirdən əvvəl ölkə başçısı heyətlə birgə Müstəqillik Abidəsini ziyarət edərək əklil qoydu, köhnə Sovet rejimi tərəfindən öldürülən özbək ziyalıların xatirəsinə tikilən Şəhidlər Xatirəsi Abidəsi qarşısında dualar etdi.

  Forumlar Sarayında Özbəkistanın müstəqilliyinin 28 yaşı münasibətilə təşkil edilən mərasimdə ölkə başçısı Ş.Mirziyoyev, hökumət üzvləri, xarici missiya rəhbərləri və çox sayda qonaq var idi. Burada çıxış edən prezident dedi:

  “Artıq Özbəkistan inkişafın yeni mərhələsinə qədəm qoyub. Cəsur və qərarlı insanlarımız, ağır imtahan və çətinliklərə baxmayaraq, iradəsini sərgiləyərək seçdikləri müstəqillik yoluna hər zaman sadiq qalıb.

  Özbəkistandakı demokratik proseslər artıq geridöndərilməz dövrə girib. Bu işıqlıq günlər üçün mübarizə aparan ata-babalarımız, 33 milyon vətəndaşımız, bizə ümid və etibarla baxan övladlarımızın xatir və  hörmətinə əsla müstəqillik yolundan geri dönməyəcəyik. Gələcəyin böyük Özbəkistanını birlikdə quracağıq."

  Özbəkistan Müstəqillik Bayramı münasibətilə ölkənin inkişafında rol oynayan insanları Ş.Mirziyoyev dövlət mükafatı və nişanlarıyla təltif etdi.

  Byramla əlaqədar ölkədə 3 günlük rəsmi tətil elan olunub.



Әlaqәli Xәbәrlәr