Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi yaradılacaq

Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinin direktoru Hüseyn Kəskin Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizinin 15 avqust tarixindən etibarən istifadə ediləcəyini bildirdi.

1251100
Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi yaradılacaq

 

Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinin direktoru Hüseyn Kəskin Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizinin yaradılacağını və bu dəhlizin 15 avqust tarixindən etibarən istifadə ediləcəyini bildirdi.

Kəskin bu məlumatı "Twitter" hesabından bölüşdü.

Hüseyn Kəskin Türkiyədəki hava limanları ilə Azərbaycanın Naxçıvan Havalimanı arasında birbaşa uçuş imkanını təmin edəcək bir hava dəhlizinin açılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) çətiri altında uzun bir müddətdir Dövlət Hava Limanları Baş İdarəsinin tərəfindən davam etdirilən işlərin başa çatdığını bildirdi.

Dövlət Hava Limanları Baş İdarəsinin direktoru: "Beləliklə, hələ də İran, və ya Ermənistan hava sahələri üzərindən həyata keçirilən uçuşlar artıq Türkiyə və Azərbaycan hava sahələri arasında birbaşa olaraq reallaşacaq" deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr