Qırğızıstan  ilə Tacikistan sərhəd məsələsini danışdı

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Tacikistan prezidenti İmamali Rəhman  arasında  səhəd  məsələsinə   dair  danışıqlara  start verildi.

1243203
Qırğızıstan  ilə Tacikistan sərhəd məsələsini danışdı

Qırğızıstan Prezident   administrasiyasından  yayılan    açıqlamada   bildirilib ki   prezident Jeenbekov və Tacikistan prezidenti Rəhman Tacikistanın İsfara şəhərində görüşüb. İki  liderin  danışığı  zamanı Qırğızstan  və Tacikistan  arasındakı sərhəd məsələsi   müzakirə  olunub.

Tacikistanda   mərasimlə  qarşılanan   prezident  Jeenbekovu   görüşdən  sonra  verdiyi  açıqlamada: “  Sərhəd   məsələsinin   həllinə  dair   davam  edən  proses  sürətləndirilməlidir.  İki  ölkənin  adacağı   addımlar ilə   sərhədlərimizin   sülh və rifah  qapısına  çevriləcək. Belə  bir  danışığa   zəmin   yaratdığı  üçün  cənab  Rahmana   minnətdarlığımı  bildirir və    Sərhəd probleminin həlli üçün başlayan siyasi dialoqu  yüksək  qiymətləndirirəm.  Üç gün əvvəl sərhəd xəttində  iki  ölkə  vətəndaşları   arasında   baş verən  hadisələrin  tekrar  olmaması   üçün   lazımlı   tədbirlər  həyata  keçirilməlidir”-deyə  vurğulayıb. 

İki  lider  arasında   problemə   həll  yolu   tapmaq  üçün  başlayan  danışıqlara  27  İyulda    Qırğızıstanın şimalında   yerləşən  Çolpon-Ata şəhərində  davam  ediləcək.  

Qeyd  edək  ki,  Paytaxt Bişkekdən 750 kilometr uzaqlıqda  yerləşən  bölgədə  iki   ölkə  vətəndaşları  arasında  torpaq, kənd təsərrüfatı suvarma, heyvanların otlanması, ümumi yol istifadəsi və icazəsiz keçidlər səbəbindən tez-tez gərginlik yaşanır.   



Әlaqәli Xәbәrlәr