Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

1242028

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildiyi bildirilib.

Azərbaycan müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb. Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin həyata keçirilməsinə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

Bildirilir ki, hadisə yerinin müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyənləşdirilərək dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

Әlaqәli Xәbәrlәr