Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində partlayış və yanğın baş verib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində paytaxt Lefkoşa və Girnə arasındakı Taşkent kəndi yaxınlığına düşən bir cisimdən sonra partalış səsləri eşidilib.

1227625
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində partlayış və yanğın baş verib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində paytaxt Lefkoşa və Girnə arasındakı Taşkent kəndi yaxınlığına düşən bir cisimdən sonra partlayış səsləri eşidilib.

Təhlükəsizlik qüvvələrinin heç kəsin yaxınlaşmasına icazə vermədiyi bölgədə alovların çıxdığı müşahidə olunub.

Şimali Kıbrıs Türk Cümhuriyyəti baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özərsay şəxsi “Twitter” səhifəsində yazıb ki, baş verən partlayışların səbəbi silah anbarı yaxud da bizə məxsus bir helikopter və oxşar bir hava vasitəsi deyil. Hadisə yerində əsgər, polis və yanğınsöndürənlər tədqiqat aparırlar.

Hadisə yerinə baş çəkən Özərsay daha sonra verdiyi açıqlamada bildirib ki, ilk dəlillər partlayışa səbəb olan cismin xüsusiyyətinin ya partlayıcı bir hava obyekti yaxud da birbaşa bir partlayıcı (raket) olduğuna işarə edir. Qalıqlar üzərindəki yazılar və digər işarələr yaxın zamanda dəqiq şəkildə nə olduğunu başa düşməyimizə kömək olacaq xüsusiyyətdədir.

Hadisə nəticəsində ölən yaxud yaralanan olmadığını qeyd edən Özərsay yanğının söndürüldüyünü bildirib.

Şahidlər düşən bir cisim gördüklərini, sonra bir neçə partlayış səsi eşitdiklərini və alovların çıxdığını söyləyiblər.

Hadisə yerində aparılan tədqiqatlarda bir hava vasitəsinin motor qalıqlarına təsadüf edilib.

Qalıqlar üzərindəki rusca yazılar diqqətləri cəlb edib.

Prezident Mustafa Akıncı, Türkiyənin Lefkoşa səfiri Əli Murat Başçeri və Təhlükəsizlik Qüvvələri komandanı general-mayor (tuğgənəral) Töviq Algan da hadisə yerinə gələrək tədqiqatlar aparıblar.

Akıncı “Bölgədəki qarşı-durmanın bizim payımıza düşən pis nemətlərindən biri. İlk məlumat kimi bunu söyləyə bilərik” deyib.

Hadisə ilə əlaqədar istintaqın davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr