Türkiyə və Qazaxıstan XİN rəhbərləri mətbuat konfransı keçirdilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Qazaxıstan arasındakı iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

1207471
Türkiyə və Qazaxıstan XİN rəhbərləri mətbuat konfransı keçirdilər

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Qazaxıstan xarici işlər naziri Beybut Atamkulov paytaxt Nur Sultanda keçirilən Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun 5-ci toplantısından sonra mətbuat konfransı keçirdilər.

Çavuşoğlu mətbuat konfransında toplantı çərçivəsində bu il Qazaxıstanın ev sahibliyi edəcəyi Yüksək Səviyyəli Əməkdaşlıq Toplantısının hazırlıqlarını gözdən keçirdiklərini bildirərək, texniki səviyyədəki hazırlıqların zirvə görüşünədək davam edəcəyini söylədi.

Türkiyəli nazir gələcək zirvə görüşündə imzalanacaq razılaşmalarla bağlı müzakirələrin başa çatdırılmasının əhəmiyyətinə diqqət çəkdi, keçmişdə imzalanan bəzi razılaşmaların yenidən nəzərdən keçirilməsi istiqamətində işlər aparıldığını qeyd etdi.

Bu anlaşma və səylərin məqsədinin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi olduğunu vurğulayan Çavuşoğlu Türkiyə ilə Qazaxıstan arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün ciddi potensial olduğunu söylədi.

Qarşılıqlı sərmayələrin artırılmasının zəruriliyini qeyd edən Çavuşoğlu ikitərıfli ticarətin həcminin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstanın qurucu prezidenti Nursulatn Nazarbayevin birlikdə müəyən etdikləri hədəflərin də əldə olunmasının vacibliyindən bəhs etdi.

Nazir: " Qarşıdakı prosesdə təcili surətdə Birgə İqtisadi Komissiyanın toplantısını keçirməliyik. Hər iki tərəfdən də ən yüksək səviyyədə həmsədrin iştirakı bu müxanizmə, iqtisadi əməkdaşlığa və əlaqələrimizə verdiyimiz əhəmiyyətin göstəricisidir" dedi.

Türkiyənin xarici işlər naziri Türkiyənin kənd təsərrüfatı və turizm sahələrindəki təcrübələrini Qazaxıstan ilə bölüşmə arzusunda olduğunu bildirdi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr