Azərbaycan və Türkiyə arasında birgə taktiki təlimlər keçirilir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri  çərçivəsində  təmsili  olaraq düşmən hədəfləri  qurudan və havadan  məhv  edildi.

1194494
Azərbaycan və Türkiyə arasında birgə taktiki təlimlər keçirilir

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq  çərçivəsində  iki ölkə silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə  üç gün  əvvəl   start verilən  döyüş atışlı birgə taktiki təlimlər bu gün sona  çatacaq.

Bakı yaxınlığında yerləşən   hərbi   təlim  sahəsində    keçirilən  manevrdə 85-i Türkiyədən  olmaqla   min əsgər, 60 tank və zirehli vasitə, 30 top və havan topu ilə 20 bombardman  və nəqliyyat vertolyot iştirak  etdir.

Azərbaycan Müdafiə Nazirliyindən  yayılan  bəyanatda: “Təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır”.

 



Әlaqәli Xәbәrlәr