Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərə  başsağlığı ünvanlayıb.

1187079
Zakir Həsənov Hulusi Akara  başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov  Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mübarizə əməliyyatında hərbi qulluqçuların şəhid olması və xəsarət alması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərə  başsağlığı ünvanlayıb.

Məlumata görə, başsağlığında deyilir: “Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən uğurla həyata keçirilən terrorla mübarizə əməliyyatında hərbi qulluqçuların şəhid olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik. Şəhidlərimizə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.Allah rəhmət eləsin”.



Әlaqәli Xәbәrlәr