İstanbulda Aprel Qələbəsinin 3-cü ildönümü qeyd edildi

Azərbaycanlı gənc liderlərin təşkilatçılığı ilə İstanbulda Aprel Qələbəsinin 3-cü ildönümü qeyd edildi.

1179816
İstanbulda Aprel Qələbəsinin 3-cü ildönümü qeyd edildi

  Azərbaycanlı gənc liderlərin təşkilatçılığı ilə İstanbulda Aprel Qələbəsinin 3-cü ildönümü keçirildi.

  “Azərbaycan ordusunun 2016 Aprel zəfərini qeydetmə və şəhidlərini xatırlama” başlığı altında İstanbulda keçirilən tədbirdə Türk Ədəbiyyatı Fondu, İraq Türkmən Kültür və Həmrəylik Dərnəyi və Azərbaycan Gəncləri İstanbul Hərakatının təşkilatı dəstəyi ilə olan tədbirdə Türkiyə, Azərbaycan, Təbriz, Borçalı və kərkük türkləri iştirak etdi.

  Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Azəbaycan Yazıçılar Birliyinin və Azərbaycan Gəncləri İstanbul Hərəkatı idarə heyətinin üzvü Qabil Ədalət açaraq Aprel və eləcə də Afrin zəfərləri münasibətilə bütün türk dünyasını bir daha təbrik etdi, qürur hisslərini çatdırdı.

  Sonra yazıcı-tənqidçi Rübabə Sahib Aprel döyüşlərinin təfərrüatı, o cümlədən Lələtəpə əməliyyatı, Azərbaycan ordusunun hərbi-texniki hazırlığı, silah-sursat sisteminin müasirləşməsi, Aprel Zəfərinə verilən beynəlxalq dəyər haqqında geniş məlumat verərək həmin savaşlarda qazanılan qələbə zamanı xalqda yaranan böyük ruh yüksəkliyini ifadə etdi. 

  Daha sonra iştirakçılar - AGİH-in rəhbəri Rəşad Rza, sosial şərhçi Ramidə Məmmədova, gənc fəal Ağa Əlizadə, İstanbulda fəaliyyət göstərən İraq Türkmən Kültür və Həmrəylik Dərnəyinin üzvü Ümid Kərkük, Türkiyə şairləri - Ankaradan Kəmaləddin Kalkan, Mehmet Ali Demircan, Hamdi Balık, kərküklü şair Eyyub Kərkük, Ankara Sənət Platformasının Azərbaycan üzrə rəsmi nümayəndəsi Qalibə Cəfərova, tədbirin təşkilatçılarından gənc şair, AYB-nin üzvü Günay Nəriman və gənc şair, DGTYB üzvü Gülnarə İsrafil çıxışlarında Lələtəpədə qazanılan qələbənin mahiyyəti və həmin döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edib öz şeirlərini səsləndirdilər.

  Tədbirdə hər üç ölkənin QHT və KİV nümayəndələri, o cümlədən TRT-nin əməkdaşı Ahmet Bahceci də iştirak edirdi.

  “Azərbaycan ordusunun 2016 Aprel zəfərini qeydetmə və şəhidlərini xatırlama” başlıqlı bu tədbir türkiyəli ud ifaçısının bəstələdiyi "Qarabağlı uşaq" əsəri ilə yekunlaşdı.



Әlaqәli Xәbәrlәr