Təbriz “Qarabağ bizimdir” deyib ayağa qalxdı, Azərbaycan bayrağını qaldırdı

İran hökumətinin Ermənistanın baş naziri Nikol Paşinyanı Xocalı soyqırımının 27-ci ildönümündə Tehrana dəvət etməsi ölkədəki türklərin - güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

1155454
Təbriz “Qarabağ bizimdir” deyib ayağa qalxdı, Azərbaycan bayrağını qaldırdı

  Cənubi Azərbaycanın (İran) Təbriz şəhərinin Səhənd stadionunda “Qarabağ bizimdir” şüarı səsləndirildi və Azərbaycan respublikasının bayrağı dalğalandırıldı.

  İran hökumətinin Ermənistanın baş naziri Nikol Paşinyanı Xocalı soyqırımının 27-ci ildönümündə Tehrana dəvət etməsi ölkədəki türklərin - güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

  Sosial şəbəkələrdə İran və Ermənistana qarşı etirazlar getdikcə yüksəlir, şəhərlərdə isə N.Paşinyanın İrana rəsmi səfərini pisləyən bannerlər nümayiş etdirilir.

  Martın 1-də Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın Traxtur və İsfahanın Sepahan futbol komandaları arasındakı oyun zamanı da İran və Ermənistanın Azərbaycana qarşı məqsədyönlü tədbirlərinə cavab olaraq Dağlıq Qarabağa dəstək nümayişi keçirilib. Təxminən 50 min Traxtur azarkeşi oyun boyu “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirərək Azərbaycan torpaqlarının işğalçılardan azad olunmasını tələb ediblər.

  Stadionda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalandırılıb.

  Təbrizli azarkeşlərin bu təşəbbüsləri futbol dünyasında maraqla izlənilib.

  Türkiyə mediası da bu hadisəyə geniş yer verib. Ölkənin KİV-ləri “Paşinyana şillə kimi cavab” başlıqları ilə məqalələr dərc edib.

  Qeyd edək ki, Traxtur - Sepahan oyunu 2:0 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Mənbə: Günaz.tv



Әlaqәli Xәbәrlәr