Qırğızıstan Türkiyə ilə sosial təhlükəsizlik müqaviləsini təsdiq etdi

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov  9 aprel 2018-ci ildə Ankarada Qırğızıstan və Türkiyə hökumətləri arasında imzalanan sosial təhlükəsizlik müqaviləsini imzaladı.

1136422
Qırğızıstan Türkiyə ilə sosial təhlükəsizlik müqaviləsini təsdiq etdi

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov  9 aprel 2018-ci ildə Ankarada Qırğızıstan və Türkiyə hökumətləri arasında imzalanan sosial təhlükəsizlik müqaviləsini imzaladı.
 
 Müqavilə Türkiyədəki qırğızlar ilə Qırğızıstandakı Türklər üçün qarşılıqlı pensiya hüququnun qazanılması başda olmaqla, iş həyatında iki ölkə arasında bərabərlik və asanlığın təmin olunmasını nəzərdə tutur.
 
 Türkiyədə işləyən Qırğızıstan vətəndaşları ilə Qırğızıstanda işləyən Türkiyə vətəndaşlarının bir müddətdir maraqla gözlədiyi müqavilə məşğulluğun təmin edilməsində güzəştləri nəzərdə tutur.
 
 Sözügedən müqavilə sayəsində hər iki ölkənin vətəndaşları və işçilərinin sosial müdafiə haqlarının qarşılıqlı şəkildə qorunması və təminatı üçün imkan yaranacaq.
 
 Bu çərçivədə etibarsızlıq, qocalıq, ölüm, iş qəzası və peşə xəstəlikləri, xəstəlik və analıq sığortalarını əhatə edən müqavilə tərəf dövlətlərin qanunlarına uyğun olaraq həyata keçiriləcək.
 
 Ölkənin Sosial Fondunun sədrinin birinci müavini Gulnura Djumatayeva Qırğızıstanın indiyədək dünyanın heç bir ölkəsi ilə sosial təhlükəsizlik müqaviləsi bağlamadığını, beləliklə, bu müqavilənin Qırğızıstan tərəfindən ilk dəfə tətbiq olunacağını bildirdi.
 
 Djumatayeva iki ölkə arasındakı sosial təhlükəsizlik müqaviləsi layihəsinin hazırlanmasında iştirak edən, "iki ölkə vətəndaşları bərabərdir" şüarından çıxış edərək hərəkət edən və dəstək verən Türkiyə işçi qrupuna təşəkkür etdi.
 
 Müqavilənin Qırğızıstan prezidenti tərəfindən təsdiq olunduğunu, Türkiyə tərəfinin razılığını gözlədiklərini qeyd edən Djumatayeva müqavilədən Qırğızıstanda sığortası yatan təxminən 700 Türkiyə vətəndaşının faydalanacağını söylədi.



Әlaqәli Xәbәrlәr