Ankarada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Yanvarın 18-dә  Türkiyәnin paytaxtı Ankarada 20 Yanvar faciәsi ilә bağlı  tәdbir keçirilib.

Ankarada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Yanvarın 18-dә  Türkiyәnin paytaxtı Ankarada 20 Yanvar faciәsi ilә bağlı  tәdbir keçirilib.

Ankara Universitetinin Hüquqşünaslıq Fakültәsindә keçirilәn tәdbirdә Azәrbaycanın Türkiyәdәki sәfiri Xәzәr İbrahim, Ankara Universitetinin Hüquqşünaslıq Fakültәsinin dekanı Muharrem Özen, Ankara Universitetinin Hüquqşünaslıq Fakültәsinin dekanının müavini Abdulkadir Gürer, Türkiyә Palatalar vә Birjalar Birliyi Universitetinin Tәhsil Fakültәsinin professoru Saleh Sultanov, Professor Yusuf Bayraktar , kütlәvi informasiya vasitәlәrinin nümayәndәlәri, elәcә dә soydaşlarımız iştirak ediblәr.

Əvvəlcə tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar. Sonra 20 Yanvar şəhidlərinin әziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra  Azərbaycanın və Türkiyәnin  dövlət himnləri sәslәndirilib. Tәdbir çәrçivәsindә 20 Yanvar fәaciәsi ilә bağlı sәnәdli film dә  nümayiş etdirilib.

Tədbirdə açılış nitqi ilә çıxış edәn  Ankara Universitetinin Hüquqşünaslıq Fakültәsinin dekanı Muharrem Özen qeyd edib ki, 20 yanvar Azәrbaycan xalqı üçün hәm qara, hәm dә ağ gün olub.  O, 20 Yanvar faciəsi zamanı öz konstitusiya hüquqları uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin törədildiyini, buna baxmayaraq, Azərbaycan xalqının öz azadlıq əzmini nümayiş etdirərək müstəqilliyini qazandığını qeyd edib. 

Tәdbirdә çıxış edәn Azәrbaycanın Ankaradakı sәfiri Xәzәr İbrahim isә 20 Yanvarın Azərbaycan tarixinin qurur səhifəsi olduğunu diqqətə çatdırıb. 



Әlaqәli Xәbәrlәr