Türk qəhvəsi Bakı qəhvə-çay festivalında tanıtıldı

Bakıda keçirilən təşkil edilən Qəhvə-çay Festivalında Türk Qəhvəsinin tiqdimatı olub.

Türk qəhvəsi Bakı qəhvə-çay festivalında tanıtıldı

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyinin də iştirak etdiyi Nigar Rəfibəyli küçəsi 12/14 ünvanında yerləşən “Passage 1901”də təşkil olunan festivalda ziyarətçilərə Türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunur.

Səfirliyin Mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, Türkiyənin tədbirdə iştirakı rəsmi xarakter daşıyır: “2019-cu il üçün müşavirliyin proqramında bu tədbirdə iştirak nəzərdə tutulmamışdı. Lakin dəyərli festival təşkilatçılarının Türkiyəni də bu tədbirdə görmək arzusu bizi iştiraka həvəsləndirdi”.

Türk qəhvəsi ilə bağlı bu il geniş təqdimat günləri və sərgilər planlaşdırdıqlarını deyən İrfan Çiftçi qeyd edib ki, Bakı Qəhvə və Çay Festivalında da qonaqlar Türk qəhvəsinin hazırlanma qaydası ilə tanış ola, ləziz təamların dadına baxa bilərlər.

 Bir fincan Türk qəhvəsi içiləndə 40 il unudulmadığını deyən müşavir hər kəsi festivala dəvət edir.

Qeyd edək ki, Bakı Qəhvə və Çay Festivalı yanvarın 11-dən 13-dək davam edəcək.

 

 



Әlaqәli Xәbәrlәr