Qazaxıstan bir il ərzində BMT üçün nələr etdi?

Orta Asiya ölkələri arasında 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) daimi olmayan üzv seçilən ilk ölkə Qazaxıstan 31 dekabrda 2017-2018-ci il dövrü üçün üzvlük müddətini doldurdu.

1117201
Qazaxıstan bir il ərzində BMT üçün nələr etdi?

  Orta Asiya ölkələri arasında 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) daimi olmayan üzv seçilən ilk ölkə Qazaxıstan 31 dekabrda 2017-2018-ci il dövrü üçün üzvlük müddətini doldurdu.

  Qazaxıstan BMT işlərində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, beynəlxalq münaqişələrin həll edilməsi, Orta Asiya və Əfqanıstanda təhlükəsizliyin gücləndirilməsi, beynəlxalq terrorla mübarizə, Afrika qitəsində sülh və təhlükəsizliyin təsis edilməsi və digər mövzularda vəzifəsini yerinə yetirdi.

  BMT-nin sülh missiyası çərçivəsində Qazaxıstan hərbi qüvvələrin sayını artıraraq 7 illik fasilədən sonra 2018-ci ilin yanvar ayında BMT TŞ heyətinin Əfqanıstana səfərini təmin etdi.

  Keçən ilin oktyabrında BMT-nin Livan Müvəqqəti Xidmət Qüvvələri (UNIFIL) missiyasına qatılmaq üçün 120 əsgərdən ibarət sülh qüvvələrini Livana göndərən Qazaxıstan, beləcə, BMT-nin sülh missiyasında hərbçi sayını artırdı. Hal-hazırda Qazaxıstanın göndərdiyi sülh qüvvələri Livanda bölgəni izləmə, müşahidə məntəqələrinin yaradılması və atəşkəsin təmini üçün vəzifələrini yerinə yetirir.

  Qazaxıstanın keçən ilin sentyabrında BMT TŞ-a təqdim etdiyi "Terrorizmə qarşı bir dünya üçün davranış qaydaları" sənədi 70-dən çox BMT üzvü tərəfindən imzalandı.

  Qazaxıstan BMT-nin Eritreyə silah və səyahət sanksiyalarının aradan qaldırılması ilə yanaşı, Suriya və digər beynəlxalq böhranların həll edilməsinə dair təkliflər təqdim edir.

  Xatırladaq ki, Qazaxıstan 2016-cı ilin 28 iyun tarixində 193 ölkədən 138-inin dəstəyilə BMT TŞ-nın daimi olmayan üzvü seçilmişdi.



Әlaqәli Xәbәrlәr