Qazaxıstan və Özbəkistan "İpək viza" rejiminin tətbiqinə başlayır

Qazaxıstan və Özbəkistan fevral ayında "Şengen" oxşarı olan "İpək viza" rejiminin tətbiqinə başlayır.

1111246
Qazaxıstan və Özbəkistan "İpək viza" rejiminin tətbiqinə başlayır

Kazinform xəbər agentliyi mövzu ilə əlaqəli məlumat yayıb. Bildirir ki, Özbəkistan Dövlət Turizm Komitəsinin sədr müavini Uluqbek Qasımhodjayev, jurnalistlərə açıqlamasında, Şengen növü viza rejiminin Mərkəzi Asiya versiyası olan "İpək Viza" rejiminin Fevralda tətbiqinə başlanacağını qeyd edib.

Tətbiqin məqsədinin Orta Asiya ölkələrinə turist cəlb etmək, və bölgənin tanınmasına töhfə vermək olduğunu ifadə edən Qasımhodjayev, layihəni Qazaxıstan və Özbəkistanın təsdiq etdiyini texniki detallar da tamamlandıqdan sonra tətbiq olunacağını, Qırğızıstan və Tacikistanın da layihə ilə maraqlandığını buna Türkiyə və Azərbaycanı da daxil etmək istədiklərini vurğulayıb.

Qeyd edək ki, Layihə İyun ayında Qazaxıstan Senatı Beynəlxalq Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Dariqa Nazarbayeva tərəfindən təklif edilmişdi.



Әlaqәli Xәbәrlәr