Qazaxıstan neft hasilatını azaldır

Qazaxıstan OPEK ilə OPEK-ə üzv olmayan ölkələrinin neft hasilatının məhdudlaşdırılmasına dair imzaladıqları müqavilə çərçivəsində hasilatı gündəlik 40 min barel azaldacaq.

1110720
Qazaxıstan neft hasilatını azaldır

Qazaxıstan Enerji Nazirliyindən mövzu ilə əlaqəli yayılan açıqlamada: “ OPEC və İstehsalçı ölkələr, 7 Dekabrda Vyanada keçirilən növbəti yığıncaqda 2019-cu il yanvarın 1-dən etibarən neft hasilatının gündə 1,2 milyon barel azaldılması qərarına qəliblər. Qazaxıstan həmin qərar çərçivəsində öz öhdəliklərinə əməl edəcək”.

Nazirliyin bəyanatında həmçinin vurğulanıb ki, Qazaxıstan ilin əvvəlindən neft hasilatını gündə 40 min barel azaltmaq üçün lazımlı tədbirləri görəcək.

Qeyd edək ki, Qazaxıstanın illik neft hasilatı 80 milyon tondan çoxdur.

 

 

 



Әlaqәli Xәbәrlәr