Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edildi

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev sənəddə bütün şərq tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin tanındığını bildirdi.

1106239
Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edildi

Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edilib.

Qətnamədə Avropa İttifaqının və İttifaqa üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamenarilərin cəhdlərinə baxmayaraq qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. Avropa Parlamentinin Plenar sessiyasında Avropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edilib. 

Müzakirələrdən sonra qəbul edilmiş qətnamədə Azəbaycanın maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir.

Cavanşir Feyziyev - Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: - Sənəddə bütün şərq tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu ilki hesabatda təsdiq olunur ki, şərq tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişılərin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi onu göstərir ki, avropada artıq Azərbaycanın haqq səsini eşidirlər. Bu Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir. Qətnamədə yer alan digər vacib müddəa isə qaçqın və məcburi köçkünlərlə bağlıdır. Sənəddə Şərq tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardımların edilməsini nəzərdə tutur. Avropalı parlamentarilər yekun qətnamənin obyektiv əsaslara söykəndiyini deyir. Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi parlamentarilərin cəhdləri nəticəsiz qalıb. Belə ki, onlar qətnaməyə xalqların öz müqəddəratının təyin etməsilə bağlı maddənin daxil edilməsini təklif etsələr də təklif böyük səs çoxluğu ilə rədd edilib.

Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.



Әlaqәli Xәbәrlәr