“Ada ətrafındakı təbii qaz mənbələri adada yaşayan hər kəsindir”, T. Erhürman

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Tufan Erhürman Ada ətrafındakı təbii qaz mənbələrinin adada yaşayan hər kəsin müştərək təbii sərvəti olduğunu söylədi.

1095942
“Ada ətrafındakı təbii qaz mənbələri adada yaşayan hər kəsindir”, T. Erhürman

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Tufan Erhürman Ada ətrafındakı təbii qaz mənbələrinin adada yaşayan hər kəsin müştərək təbii sərvəti olduğunu söylədi.

Erhürman Beynəlxalq Əməkdaşlıq Platforması (UİP) tərəfindən Prezident Aparatının təşkilatçılığında Türkiyə İxracatçılar Məclisinin ev sahibliyində “Hər kəs üçün davamlı inkişaf və sülh”  devizi  ilə İstanbulda keçirilən 9-cu Boğaziçi Sammitində  çıxış edib.

Çıxışında ədalətli bölüşməni vurğulayan Erhürman “Gərginliyə görə hamımız məğlub olarıq, heç kəs qazana bilməz. Özü qazanarkən özgəsi itirir zənn edənlər isə yanılar” dedi.

Adada yaşayan hər kəs üçün davamlı inkişaf və davamlı sülh mühiti təmin olunması üçün cəhd göstərdiklərini, ancaq hər hansı nəticə əldə edilə bilmədiyini bildirən Erhürman “Kıbrısın ətrafında karbohidrogen mənbələri sahəsində araşdırma aparılır. Kıbrısın ətrafındakı bu mənbələr ada üzərində yaşayan hər kəsin müştərək zənginliyidir, amma bu müştərək zənginlik hazırda bir ədalətli bölüşmə mövzusu deyil, bir gərginlik mövzusu kimi qarşımıza çıxır” deyə vurğulayıb.

Erhürman Rum tərəfinən karbohidrogen axtarma fəaliyyətlərini təxirə salmasının iki tərəfin də yaxın zamanda Kıbrıs məsələsinin həlli üçün səy göstərməsinin qarşısındakı maneəni götürəcəyini deyib.  



Әlaqәli Xәbәrlәr