Qırğızıstan Xarici İşlər naziri istefa verdi

Ölkənin Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə...

1067626
Qırğızıstan Xarici İşlər naziri istefa verdi

  Qırğızıstanda 2012-ci ildən bu yana Xarici İşlər naziri vəzifəsini icra edən Erlan Abdıldayev istefa verdi.

  Ölkənin Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, prezident Sooronbay Ceenbekov E.Abdıldayevin istefasını qəbul edib.

  Qeyd edək ki, Prezident Aparatı nəzdindəki Təhlükəsizlik Şurası Katibliyi Erlan Abdıldayevi işində səhlənkarlığa yol verdiyinə və rəsmi xarakterli məlumat və sənədlərin dövri olaraq sızıntısına səbəb olmaqda təqsirləndirib.



Әlaqәli Xәbәrlәr