Binәlı Yıldırım TürkPA-nın iclasında iştirak edib

Türkiyə Böyük Millət Məclisinin sәdri  Binәlı Yıldırım Türkdilli Ölkәlәrin Parlament  Assambleyasına  Özbəkistan və Türkmənistanın da daxil olması üçün səy göstərilməsinin vacibliyini vurğulayıb.

1064845

Binәli Yıldırım Antaliyada keçirilәn  3-cü Avrasiya Mәclis sәdrlәrinin ‘‘Avrasiyada İqtisadi Әmәkdaşlıq, Ekologiya vә Davamlı İnkişaf’’ mövzusundakı  iclasında  iştirak edib.

Binәli Yıldırım burada etdiyi çıxışında Türkdilli Ölkәlәrin Parlament  Assambleyası üzvlәrini Türkiyәdә qәbul etmәkdәn mәmnunluq hissi keçirdiyini bildirib.  

Türkdilli Ölkәlәrin Parlament  Assambleyasına üzv olan Azәrbaycan, Qazaxıstan vә Qırğızıstan  mәclis sәdrlәri olaraq bir hәdәf üçün bir araya gәldiklәrini  deyәn Binәli Yıldırım: ‘‘Bu gәnc tәşkilatın ölkәlәrimizin parlamentlәri adına gözәl xidmәtlәri olacağına inanıram. Bu bir ailә mәclisidir. Atalarımızdan aldığımız bu irsi gәlәcәk nәsillәrә ötürmәyi hәdәflәyirik.Qısa müddәt әrzindә Özbәkistanın da üzv,  vә ya müşahidәçi üzv olmasını arzulayırıq. Türkmәnistanın da bu tәşkilata üzv olması üçün sәy göstәrmәliyik’’.

Әlaqәli Xәbәrlәr