Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti başa çatdı

Qırğızıstanın növbəti sədrliyində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti başa çatdı.

1042211
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti başa çatdı

Qırğızıstanın növbəti sədrliyində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti başa çatdı.

Qırğızıstanın Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindən sonra imzalanan yekun bəyannamədə Şurasının Baş katibliyinə Qazaxıstanın keçmiş Tehran səfiri Baqdad Amrayevin təyin edildiyi bildirildi.

Amrayev jurnalistlərə açıqlamasında Türk Şurasının gələcəyə istiqamətli əhəmiyyətli fəaliyyətləri və əməliyyat planını əhatə edən yekun bəyannamənin imzalandığını bildirərək deyib ki, sammitdə Macaristan müşahidəçi statusda yer aldı. Qardaş macar xalqı mənşəyinin böyük bozqırda olduğuna inanır. Bu da düzdür. Macarlar atalarını unutmadıqları üçün biz də çox sevinirik. Sammitdə iştirak edən Özbəkistanın üzvlüyünün də yaxın zamanda qəbul ediləcəyinə ümid var.

Sammitdə prezident Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan prezidenti, Azərbaycan prezidənti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayəv, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, Özbəkistan prezidenti Şövkət Mirziyovev və Macarıstanın naş naziri Viktor Orban iştirak etdilər.

Digər tərəfdən prezident Ərdoğan və müşaiyətindəki nümayəndə heyəti Qırğızıstandakı görüşlərini başa vuraraq, vətənə gəlmək üçün hərəkət etdi.



Әlaqәli Xәbәrlәr