Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başladı

Çavuşoğlunu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

1018581
Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başladı

Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

Çavuşoğlunu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu əvvəl xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 Çavuşoğlu sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nazir daha sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Çavuşoğlu-Məmmədyarov görüşündən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.

Qeyd edək ki, Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində keçirdiyi görüşlərindən sonra Azərbaycana səfər etdi.



Әlaqәli Xәbәrlәr