Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator vəfat etdi

Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü Milli Ordunun 100 illik yubileyinə bir gün qalmış vəfat etdi.

999732
Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator vəfat etdi

Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib.

Bu barədə “Facebook” sosial şəbəkəsində “Hərbi xəbərlər və məlumatlar” səhifəsində bildirilib. 

Məlumatda vurğulanır ki, Milli Ordunun 100 illik yubileyinə bircə gün qalmış Azərbaycanın ilk hərbi operatoru, ilk hərbi stringeri Seydağa Mövsümlü dünyasını dəyişib.

Xatırladaq ki, S.Mövsümlü uzun illərdir ki, Qarabağda döyüşdə aldığı yaradan əziyyət çəkirdi. 

Allah rəhmət eləsin!

 

Mənbə: Qafqazinfo



Әlaqәli Xәbәrlәr